Gənc qadına təcavüz edib cəsədini timsahlara atdılar
ABŞ-da 7 il əvvəl baş verən dəhşətli qətlin üstü açılıb.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2009-cu ildə Brittani Dreksel ailəsinə xəbər vermədən dostları ilə birlikdə Nyu-York yaxınlığındakı sahildə istirahət etməyə gedib. O gündən ondan bir xəbər almaq mümkün olmayıb.
Yalnız 7 ildən sonra başqa bir adamı qətlə yetirdiyinə görə həbs edilən Taquan Braun adlı bir məhkumun polislərə ifadə verməsindn sonra bədbəxt qızın taleyinə aydınlıq gəlib.
Belə ki, Braun ifadəsində Drekselin bir evdə zorla saxlandığını və qız qətlə yetirilən zaman orada olduğunu etiraf edib.
Aparılan araşdırıma nəticəsində məlum olub ki, Dreksel 16 yaşlı Timoti Daşaun Teylor adlı bir gənc oğlan tərəfindən qaçırılaraq bir evdə girov saxlanılıb.
Teylor və dostları gənc qıza təcavüz ediblər. Dreksel zorla saxlanıldığı evdən qaçmağa çalışarkən ələ keçib və güllənərək öldürülüb. İzi itirmək istəyən cinayətkarlar gənc qızın cəsədini timsahlara atıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1news.az