Sərhəddən 9200 ədəd siqaretin qanunsuz yolla keçirilməsinin qarşısı alınıb
Astarada gömrük nəzarətindən gizlədilən xeyli sayda siqaret aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər.
Stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı, həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9200 ədəd “Kent” markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
430