Balakəndə 26 yaşlı oğlan özünü bıçaqlayıb
Balakən rayonunda intihara cəhd olub.
1news.az APA-ya istinadən xəbər verir ki, avqustun 30-da saat 22:30 radələrində rayonun Poçtbinə kənd sakini 1990-cı il təvəllüdlü Tinov Musa oğlu Zaxmayev bədənin qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, Tinov Zaxmayev yaşadığı evdə intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. Tinov Zaxmayevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.
1news.az
566