Azərbaycanda “yol terroru” davam edir: 7 ölü, 13 yaralı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “yol terroru” davam edir: 7 ölü, 13 yaralı

14:14 - 05 / 09 / 2016
Azərbaycanda “yol terroru” davam edir: 7 ölü, 13 yaralı

Son iki gündə respublikanın avtomobil yollarında baş verən yol qəzalarında 7 nəfər ölüb.

1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, sentyabrın 3-də 6 yol-nəqliyyat hadisəsi baş verib..

Nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sentyabrın 4-də isə baş verən 7 qəzada 5 nəfər ölmüş, 9 nəfər yaralanıb.

Ümumilikdə, son iki gündə 13 qəza zamanı 7 nəfər ölüb, 13 nəfər yaralanıb.

1news.az

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər