Rusiyada iki yaşlı qızı qəddarcasına qətlə yetirməkdə ittiham olunan azərbaycanlı qadın saxlanılıb – FOTO – VİDEO
İvanov şəhərində yaşayan 25 yaşlı Q.Şirəliyeva ərinin sevgilisinin 2 yaşlı uşağını boğaraq öldürüb.
1news.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 4 il öncə həyat yoldaşı S.Şirəliyevin yanına gedən qadın, geridə qalan müddətdə ərinin ona xəyanət etməsindən xəbərdar olmayıb.
Məlumata görə, Şirəliyeva ərinin Yelena adlı sevgilisindən Yana adlı qızının olduğunu öyrənir və ərindən qisas almaq istəyir. O, əvvəlcə usage qaçırır, sonra çayda boğaraq öldürür.
Hakim qarşısında çıxarılan qadın hadisəni törətmədiyini və özünü günahkar bilmədiyini deyib. Lakin, uşağın qaçırıldığını ana aid kamera görüntülüəri hazırda Şirəliyevanı əsas şübhəli kimi qiymətləndirməyə əsas verir.
Həyat yoldaşı da onun hadisəni törətdiyinə inanmır. İki yaşlı Yananın qaçırıldığı anın görüntülərini izləyən uşağın atası kadrdakı qadının həyat yoldaşı olduğuna inanmadığını bildirib. O iddia edib ki, uşağı oğurlayan qadın çox açıq geyinib, lakin həyat yoldaşının qarderobunda belə geyim, xüsusən də cins şalvar yoxdur.
Qeyd edək ki, əgər günahı sübuta yetirilərsə qadını 20 ilə qədər həbs gözləyir.
Fərid Ədalət