Rusiyada 2 yaşlı uşağı öldürən qadının əri erməni ilə sevgili imiş – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyada 2 yaşlı uşağı öldürən qadının əri erməni ilə sevgili imiş – FOTO – VİDEO

17:57 - 05 / 09 / 2016
Rusiyada 2 yaşlı uşağı öldürən qadının əri erməni ilə sevgili imiş – FOTO – VİDEO

Xəbər verdiyimiz kimi Rusiyanın İvanov şəhərində 25 yaşlı azərbaycanlı qadın Gülxar Şirəliyeva həyat yoldaşının xəyanətinə görə qisas almaq istəyib və onun sevgilisindən olan 2 yaşlı qızını boğaraq öldürüb.

1news.az xəbər verir ki, hazırda cinayət işi üzrə istintaq davam edir və əgər cinayət sübuta yetirilərsə qadına 20 il həbs cəzası veriləcək.

Məsələ ilə bağlı Gülxarın yaxın qohumu (adının açıqlanmasını istəmir) 1news.az-a açıqlama verərək hadisənin təfərrüatlarını danışıb.

Əri rus qadınla evli imiş...

O bildirib ki, Gülxar Şirəliyeva 2009-cu ildə 17 yaşında olarkən özündən 10 yaş böyük Sahil Şıxəliyevə məcburən ərə verilib:

“Oğlan toydan sonra onu aldadaraq Rusiyaya aparıb və rəsmi nikah müqaviləsini də orada bağlatdıracağını deyib. Lakin, Gülxar Rusiyaya gedəndə ərinin başqa rus qadınla evli və 12 yaşlı qızının olduğunu öyrənib. Gülxar deyəndə ki, “sən məni aldadıb bura gətirmisən”, Sahil “yaxşı etmişəm” deyib və onu döyüb”.

Ailələr işə qarışıb

Müsahibimiz deyir ki, sonra ailələr məsələyə qarışandan sonra, Sahil rus qadından boşanıb və Gülxarla rəsmi nikah bağlayıb:

“Buna baxmayaraq hər zaman Gülxarı döyüb, aldadıb və təhqir edib. O qədər döyüb ki, sinəsində yumru şişlər əmələ gəlib. Xərçəngə çevrilmə ehtimalı var. Başına o qədər vurub ki, psixologiyası pozulub.

Hesab edirəm ki, ağlı başında olan insan belə bir hadisə törətməzdi. Düzdür, hazırda şübhəli bilinir. Amma Gülxar hadisəni törədibsə, bu böyük cinayətdir”.

“Cinayət heç vaxt cəzasız qalmır”

Gülxarın qohumu deyir ki, bu hadisədə onun tərəfini tutmur, sadəcə azərbaycanlı qadınların bəzi kişilər tərəfindən belə şiddətə məruz qalmasına heyfslənir.

“Təbii ki, cinayət heç vaxt cəzasız qalmır. Erməni uşağı olmur başqası olsun, ortada uşağa qarşı törədilmiş bir cinayət var. Sadəcə demək istəyirəm ki, Sahil ona etdiyi hərəkətlərlə çox “dağ çəkib”.

Ərinin onu erməni qadınla aldatması Gülxara “dağ çəkib”

Əvvəlcə ermənidən uşağı olması Gülxara böyük zərbədir. Bir azərbaycanlı üçün bu ölümə bərabərdir. Həmçinin, ağır şəkildə döyülməsi onda fəsadlar yaradıb”.

Öldürülən uşaq 2 yaş 2 aylıq olduğunu deyən Gülxarın qohumu, uşağın 1 yaşına qədər Sahilin erməni qadının yanında qaldığını bildirib:

“Evə həftədə, 10 gündə bir dəfə gəlib yemək qoyub gedirmiş. Həmin vaxt da onun Gülxardan iki uşağı olub. İndi oğlunun 6, qızının isə 4 yaşı var. Oğlu bu il 1-ci sinifə getdi.

Sahil erməni qadının yanında qalanda ailəsi Gülxarı Azərbaycana gətirdi ki, evlilik bitsin. Lakin, oğlan da arxasınca gəlib söz verdi ki, “Mən bir daha bunu təkrarlamayacağam, ailəmə sahib çıxacağam”. Yenə Gülxarı aldadıb Rusiyaya apardı, yenə də eyni hərəkətlərinə davam etdi”.

İzləyib, uyğun zamanda uşağı qaçırıb

Müsahibimiz hadisənin təfərrüatlarını isə belə izah edib:

“Hadisə baş verən zaman Sahil erməni qadınla istirahətdə imiş. Uşağa da nənəsinin evində dayə baxırmış. Dayə uşağı çöldə gəzdirəndə bir anlıq onu nəzarətdən kənar qoyub, ehtimallara görə Gülxar da onu götürərək qaçıb”.

Sahil orada kafe işlədir. Hazırda uşaqlar Sahilin yanındadır. Gülxarın ailəsi də Rusiyaya yola düşüb.

Mövzu ilə əlaqədar:

Rusiyada iki yaşlı qızı qəddarcasına qətlə yetirməkdə ittiham olunan azərbaycanlı qadın saxlanılıb – FOTO – VİDEO

Fərid Ədalət

Paylaş:
14687

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər