Şahmat Olimpiadası: Kişilərdən ibarət əsas yığmamız ardıcıl 4 qələbə qazanıb
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.
İtkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız bu gün Rumıniya ilə üz-üzə gəlib. Təmsilçimiz bu turu da itkisiz başa vurub - 1:3.
İkinci millimiz isə görmə qabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandasını (IBCA) məğlub edib - 0.5:3.5.
Üçüncü yığmamız digərlərindən fərqli olaraq Türkmənistana məğlub olub - 0.5:3.5.
Olimpiada-2016
IV tur
Kişilər
Rumıniya (2572) - Azərbaycan-1 (2705) - 1:3
IBCA (2275) - Azərbaycan-2 (2576) - 0.5:3.5
Azərbaycan-3 (2350) – Türkmənistan (2416) - 0.5:3.5
Turnir cədvəli: 1. Rusiya, 2. Azərbaycan-1, 3. Kuba, ...11. Rumıniya – hamısı 6 xal, ...33. Azərbaycan-2, ...59. Azərbaycan-3, ...78. Türkmənistan, 79. IBCA – hamısı 4.
Apasport