Peskov Putin və Obamanın görüşü haqqında danışıb - YENİLƏNİB
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obamanın görüşü nəzərdə tutulduğundan da çox olub, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:
“Prezidentlər əsasən Suriya və Ukraynanı müzakirə ediblər. Bundan sonra isə Obama ilə Putinin təkbətək görüşü baş tutub. Görüş yaxşı keçdi, bu istiqamətdə işlər davam edəcək”.
Putin və Obama təxminən yarım saat danışıblar. Görüş zamanı Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib. Görüş sona çatmadan öncə iki ölkənin nümayəndələri zaldan çıxıblar və ölkə liderləri təkbətək söhbət ediblər. Bununla yanaşı, Lavrov və Kerri prezidentləri gözləyərkən fəal danışıqlar aparıblar.
Görüş sentyabrın 4-də Çində keçirilən “Böyük İyirmilik” (G20) Sammitinin meydanlarında baş tutub.
Lenta.Ru
10.58
Çində keçirilən “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında ikitərəfli görüş başlayıb.
1news.az xarici KIV-ə istinadən xəbər verir ki, Rusiya tərəfindən danışıqlarda RF prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.
Görüşdə Suriya məsələsinin müzakirə ediləcəyi gözlənilir.
1news.az