Rövnəq Abdullayev “SOCAR Georgia Petroleum” törəmə müəssisəsinin inşaat işləri ilə tanış olub
SOCAR prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər Gürcüstana səfər çərçivəsində “SOCAR Georgia Petroleum” törəmə müəssisəsinin Kiziki neftbazasının tikintisinə baş çəkib və burada gedən inşaat işləri ilə tanış olub.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, şirkət prezidentinə məlumat verilib ki, SOCAR-ın Gürcüstandakı neft məhsulları dövriyyəsinin artırılması, məhsulların qəbulu, saxlanılması və yola salınması işinin daha effektli qurulması məqsədi ilə Tbilisi şəhəri əhatəsində belə bir neft bazasının tikilməsinə ehtiyac yaranıb:
“Ümumi sahəsi 44492 kvadratmetr olan bu obyektdə 7 adda neft məhsullarının saxlanılması üçün 22 sıxılmış qaz həcmlərinin saxlanılması üçün 20 rezervuarın, 2 dəmir yolu xəttinin və zəruri infrastrukturunyaradılması nəzərdə tutulub. Tikinti mərhələli şəkildə həyata keçirilir. Artıq birinci mərhələdə yaradılması planlaşdırılan obyektlərin inşası başa çatmaq üzrədir”.
SOCAR prezidenti Rövnəq Abdullayev görülən işlərlə tanış olub, inşaatın gedişini qənaətləndirici olduğunu söyləyib, aidiyyatı qurum və şəxslərə konkret tapşırıqlar verib.
1news.az