Ronaldo məşqlərə başladı
“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo komanda ilə birgə məşqlərə başlayıb.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu uzun fasilədən sonra dünən komanda ilə birgə məşq edib.
Onun nə vaxt meydana çıxacağı məlum olmasa da, məşqlərdə fəallığı ilə seçilib.
Qeyd edək ki, Ronaldo “Avro-2016”nın final oyununda zədələnib.
1news.az
691