PFL limit dəyişikliyini gələn ilə saxladı | 1news.az | Xəbərlər
Futbol

PFL limit dəyişikliyini gələn ilə saxladı

13:58 - 07 / 09 / 2016
PFL limit dəyişikliyini gələn ilə saxladı

Futbol üzrə birinci divizionda yeni qəbul olunmuş limit 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna PFL-in AFFA-ya müraciəti səbəb olub.

 

Belə ki, Peşəkar Futbol Liqasının müraciətinə əsasən, birinci divizionda legioner limiti 2017-ci il yanvarın 1-dək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il təvəllüdlü və daha gənc təvəllüdlü) sisteminə uyğun tətbiq olunacaq. Dünən verilmiş 2+4+5 sistemi mövsümün ikinci yarısından etibarlı olacaq.

 

1news.az

 

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər