SOCAR-ın İzmirdə tikdiyi “Petlim” konteyner limanının inşasının 80 faizi tamamlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-ın İzmirdə tikdiyi “Petlim” konteyner limanının inşasının 80 faizi tamamlanıb

19:44 - 07 / 09 / 2016
SOCAR-ın İzmirdə tikdiyi “Petlim” konteyner limanının inşasının 80 faizi tamamlanıb

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Petlim” konteyner limanının tikintisi çərçivəsində iki mərhələ üzrə ümumi işlərin 80 faizi tamamlanıb. Limanın birinci mərhələsi artıq tamamlanıb və işə salınması üçün son gömrük sənədləşməsi prosesi gedir.

Bu barədə sentyabrın 7-də İzmirdə azərbaycanlı jurnalistlər ilə keçirilən görüşdə "Petlim" konteyner limanı layihəsinin baş direktoru Doğan Çırakoğlu məlumat verib. O bildirib ki, limanın iki mərhələsi üzrə ümumilikdə gəmilərin yan alması üçün 736 metr uzunluğunda sahil xətti olacaq. "Petlim"də həmçinin "Star" neft emalı zavodu üçün də liman var. Bu liman indiyədək "Star"ın inşası çərçivəsində 11 gəmi qəbul edib və 1300 ton ağırlığında avadanlıq və texnika qəbul edib.

Qeyd edək ki, ilkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olan “Petlim” hazırda Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanıdır.

Xatırladaq ki, SOCAR Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 58 faizi Dövlət Neft Şirkətinə məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində “APM Terminals” şirkəti idarə edəcək.

AZƏRTAC 

Paylaş:
690

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər