Parlament Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxsi təyin edəcək | 1news.az | Xəbərlər
Dünya

Parlament Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxsi təyin edəcək

1news Redaksiyası20:28 - 07 / 09 / 2016
Parlament Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxsi təyin edəcək

Bu gün Özbəkistan parlamentinin yuxarı palatası Senat və Qanunverici palatanın birgə iclasını keçirməklə bağlı qərar qəbul edib.

Sabah keçiriləcək iclasın gündəliyində duran əsas məsələ ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin təyin edilməsidir.

Qeyd edək ki, Kərimovun rəsmi ölüm xəbəri sentyabrın 2-də yayılmışdı. Onu sentyabrın 3-də Səmərqənddə dəfn etdilər. Şəhərdə dəfn mərasimi keçirilib.

Gazeta.ru

Paylaş:
1279

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər