Hesablama Palatası: “Bakı Metropoliteni” maliyyə hesabatlarında sərnişindaşımaları artıq göstərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hesablama Palatası: “Bakı Metropoliteni” maliyyə hesabatlarında sərnişindaşımaları artıq göstərib

16:21 - 08 / 09 / 2016
Hesablama Palatası: “Bakı Metropoliteni” maliyyə hesabatlarında sərnişindaşımaları artıq göstərib

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərcini (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərib, bu haqda Hesablama Palatasının büdcə vəsaitləri ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə hesabatda qeyd edilir.

1news.az-ın Hesablama Palatsına istinadla verdiyi xəbərə görə,  eyni zamandaa müəyyən edilib ki, qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilmiş, eləcə də subsidiya məbləğlərinin bəyannamələrdə nəzərə alınmaması səbəbindən daha çox ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilib.

“Dövlət əmlakından istifadə vəziyyəti ilə əlaqədar metrostansiyanın sahəsində bir halda müvafiq qaydada rəsmiləşdirilmədən faktiki olaraq ticarət fəaliyyətinin həyata keçirilməsi, cəmiyyətin struktur vahidinin texniki pasportu ilə müəyyən edilən ərazisindən hər hansı əsas olmadan yaşayış və kommersiya təyinatları üzrə istifadə olunması halları aşkar olunmub, eyni zamanda metro stansiyalarında yeni üslubda ticarət köşklərinin yaradılması məqsədilə yığılıb-sökülən konstruksiyaların alınması və quraşdırılması istiqamətində vəsaitlərin xərclənməsinə baxmayaraq həmin ticarət sahələrindən istifadə olunması əməliyyatları çərçivəsində hər hansı formada gəlirlərin əldə olunması rəsmiləşdirilməyib”, - deyə Palatanın hesabatında qeyd edilir.

Hesabatda həmçinin qeyd edilir ki, metro tikintisi üzrə bəzi işlər təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilmiş, metro tikintisi işləri çərçivəsində podrat üsulu ilə tikinti işləri üzrə artım əmsalının və müqavilə qiymətinin müvafiq qaydada müəyyən edilməyərək podratçı və sifarişçi arasında sənədləşdirilməsi, bəzi obyektlərin layihə və smeta sənədlərinin ekspertizadan keçirilməməsi, layihə-smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verilib:

“Avadanlıqların bir qayda olaraq alındığı ildə deyil, növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmayıb.

Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6,0 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün Texnikabank ASC-yə köçürülmüş, müvafiq təyinatlar üzrə isə icra olunmamış və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirilib”.

1news.az

Paylaş:
828

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər