FİFA-dan Bakı “İnter”inə daha bir cəza
FİFA Bakının “İnter” klubuna transfer qadağası qoyub.
1news.az-ın məlumatına görə, bu barədə klubun rəsmi “facebook” səhifəsindən açıqlama verilib.
Həmin açıqlamanı diqqətinizə çatdırırıq:
06.09.2016-cı il tarixdə faksla göndərilmiş FİFA-nın 26.05.2016-cı il tarixli qərarına əsasən, “İnter” Peşəkar İdman Klubuna növbəti iki transfer pəncərəsində yeni futbolçu almaq qadağan edilmişdir. Qadağa müddəti 2016-2017-ci il mövsümünün qış, 2017-2018-ci il mövsümünün isə yay transfer dövrlərini əhatə edəcək.
Qeyd edək ki, “İnter” futbolçulara olan borclarına görə, cari mövsüm avrokuboklardan kənarda qalıb.
1news.az
592