“Formula-1” sahibini dəyişdi | 1news.az | Xəbərlər
İdman

“Formula-1” sahibini dəyişdi

18:49 - 08 / 09 / 2016
“Formula-1” sahibini dəyişdi

ABŞ-ın “Liberty Media” kompaniyası 4,4 milyard dollar ödəyərək “Formula-1” dünya çempionatının sahibi olub.

1news.az Azərtac-a istinadla xəbər verir ki, sövdələşmə 2017-ci ilin birinci rübünün sonuna qədər yekunlaşmalıdır. Bununla yanaşı, “Liberty Media” Berni Ekklstounun “Formula-1” yarışmasının prezidenti postunda qalacağını qeyd edib.

“Formula-1” çempionatının aktivləri 8 milyard dollara qiymətləndirilsə də, sövdələşmə zamanı 4,1 milyard dollar həcmində borc da nəzərə alınıb.

“Liberty Media” Atlantanın basketbol klubu da daxil olmaqla, əyləncə və idman sahəsində fəaliyyət göstərən bir neçə kompaniyada ortaq paya malikdir. Şirkətin icraçı direktorunun sözlərinə görə, “Liberty Media” idman sahəsində aktivlərin idarəsi baxımından təcrübəsi sayəsində “Formula-1” yarışını gözəl idarə edə bilər.

1news.az

Paylaş:
893

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər