İtaliyada sürücü avtomibilini kütlənin üstünə sürdü
İtaliyanın Sardiyina əyalətində yerləşən Nule şəhərində bir kişi avtomobilini insan kütləsinin üzərinə sürüb, nəticədə 25 nəfər xəsarət alıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, 43-yaşlı baytara məxsus olan avtomobil kənd şənliyində idarəetməni itirib.
İlkin ehtimallara görə, sürücü sükan arxasında yatıb və ya huşunu itirib.
Xəsarət alanların həyat təhlükəsi yoxdur, lakin 3 nəfər, həmçinin kəllə-beyin travması alan 11 aylıq körpə ciddi xəsarətlər alıb.
Sürücünün özü qəza zamanı xəsarət almasa da, kütlədə olan naməlum şəxs ona bir-neçə bıçaq zərbəsi endirib. Hadisə yerinə gələn polis sürücünü linçdən xilas edə bilib.
Hal-hazırda o, xəstəxanda nəzarət altındadır.
Polis hadisənin təfərrüatlarını araşdırır.
1news.az