FİFA-nın sabiq vitse-prezidenti futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb
FİFA-nın müstəqil etika komitəsinin arbitraj palatası assosiasiyanın sabiq vitse-prezidenti Ceffri Uebblə bağlı qərar verib.
1news.az apasport.az-a istinadən xəbər verir ki, KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası) və Kayman adaları futbol federasiyasının prezidenti olan Uebb həm milli, həm beynəlxalq səviyyədə istənilən futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.
Bundan başqa, sabiq vitse-prezident pul cəriməsinə də məruz qalıb. O, 1 milyon İsveçrə frankı cərimə olunub.
Uebb bu ilin aprelində DÇ-2018 və DÇ-2022 seçmə mərhələlərinin kommersiya hüquqlarının satışı zamanı rüşvət alınması və fırıldaqçılıqda özünün də günahkar olduğunu etiraf etmişdi. O, həmçinin məsələdə adı hallanan marketinq şirkətinin nümayəndəsi Alexandro Bursako və qanunsuz ödənişlərdəki vasitəçi Xose Marqulisin ödədiyi kompensasiyaların məbləğinin 37,5 milyon dolar olduğu bildirilir.
1news.az