Millimiz İsveçrə yığmasına məğlub oldu
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası ikinci oyununu keçirib.
1news.az-ın məlumatına görə, ilk oyununda İspaniya yığmasına 4:2 hesabı ilə qalib gələn millimiz İsveçrə yığması ilə qarşılaşıb.
Görüş millimizin 6:7 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində Asif Zeynalov dubl edib. Hərəyə 1 dəfə Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov fərqlənib.
Millimiz növbəti oyununu sentyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.
1news.az
729