ABŞ təyyarədə Samsung Galaxy Note 7-dən istifadəni tövsiyə etmir – FOTO
ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) təyyarə göyərtəsində Samsung Galaxy Note 7-nin batareyasında problemlə əlaqədar olaraq istifadə etməməklə bağlı xəbərdarlıq edib.
Sərnişinlərə təyyarədə olarakən smartfonları yandırmaq və enerjisini doldurmamaq tövsiyə edilib, Bi-bi-sinin məqaləsində qeyd edilir:
“Federal Aviasiya İdarəsi Samsung şirkətinin Galaxy Note 7 ilə bağlı baş vermiş hadisə ilə əlaqədar olaraq sərnişinlərə təyyarədə olarkən smartfonları yandırmağı, eləcə də onları yük bölməsinə verməyi tövsiyə etmir”.
Sentyabrın 2-də Samsung şirkəti avqustda təqdim etdiyi yeni Galaxy Note 7 modelinin enerji yüklənməsi zamanı alovlanması və partlaması ilə bağlı satışını dayandırıb. Həmçinin şirkət daha əvvəl buraxdığı 2,5 milyon smartfonları geri çağırıb.
Məlumatda qeyd edilir ki, daha əvvəl satılmış bir milyon Galaxy Note 7-dən yalnız 24-də problem aşkarlanıb. Yalnız 35 smartfonda batareyası ilə bağlı nasazlıq yaranıb.
Avstraliyanın Qantas, Jetstar, Virgin Australia, Tiger Airways aviaşirkətləri artıq təyyarə göyərtəsində Galaxy Note 7-ni istifadə etməyi qadağan edib.
1news.az