“Neftçi”nin baş məşqçisi xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”nin baş məşqçisi xəstəxanaya yerləşdirilib

17:29 - 10 / 09 / 2016
“Neftçi”nin baş məşqçisi xəstəxanaya yerləşdirilib

“Neftçi”nin baş məşqçisi Vəli Qasımovun səhhətində problem yaranıb.

1news.az xəbər verir ki, 47 yaşlı çalışdırıcı müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Bu səbəbdən də V.Qasımov paytaxt klubunu Azərbaycan Premyer Liqasının IV turunda meydana çıxarda bilməyəcək. “Neftçi” “Qəbələ” ilə görüşə köməkçi-məşqçi Tofiq Mustafayevin rəhbərliyi altında çıxacaq. “Neftçi”–“Qəbələ” oyunu bu gün saat 20:00-da başlayacaq.

“Neftçi”nin yaydığı məlumatda bildirilir ki, Qasımov stasionar şəraitdə müalicəsini davam etdirir:

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov cümə günündən şənbə gününə keçən gecə hipertonik kriz ilə xəstəxanaya yerləşdirilib. Hazırda məşqçinin vəziyyəti stabildi və həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir. "Neftçi” Vəli Qasımova tezliklə sağalaraq, iş fəaliyyətini davam etdirməyi arzulayır”.

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər