Quba-Xınalıq yolunda qəzalı vəziyyətə düşən körpülərdən biri bərpa olunub
Sentyabrın 2-də gecə saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranmış selin Quba-Xınalıq yolunda yaratdığı fəsadlar aradan qaldırılır.
1news.az APA-ya istinadən xəbər verir ki, yolun 29-cu km-də Qudyalçay üzərində yerləşən qəzalı körpü bərpa olunub.
Yolun 36-cı km-də qəzalı vəziyyətdə olan körpünün təmir işləri isə davam etdirilir. Təmir işlərinə “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.
İkinci körpünün təmiri yekunlaşdıqdan sonra Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində tamamilə yuyularaq yararsız vəziyyətə düşən yolun bərpasına başlanılacaq.
1news.az
809