Bu gün Rio Paralimpiadasında Azərbaycanın iki idmançısı mübarizə aparacaq | 1news.az | Xəbərlər
İdman

Bu gün Rio Paralimpiadasında Azərbaycanın iki idmançısı mübarizə aparacaq

13:57 - 11 / 09 / 2016
Bu gün Rio Paralimpiadasında Azərbaycanın iki idmançısı mübarizə aparacaq

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının dördüncü günündə - sentyabrın 11-də Azərbaycanın iki idmançısı mübarizə aparacaq.

1news.az xəbər verir ki, paralimpiyaçılarımız atıcılıq və atletika yarışlarında qüvvələrini sınayacaqlar.

Milli komandamızın üzvü Yelena Taranova 25 metr məsafəyə qarışıq növdə atəşaçma yarışlarında gücünü sınayacaq. Atıcımız 31 idmançı ilə birlikdə mübarizə aparacaq.

Atletimiz Yelena Çebanu isə 200 metr məsafəyə qaçış yarışlarına qatılacaq. O, birinci qrupda almaniyalı Katrin Muller-Rottqard, Braziliya təmsilçisi Alisiya de Oliviera Korrea və Papua Yeni Qvineydan olan Joylin Ceffereyə qarşı yarışacaq.

1news.az

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər