ABŞ-da əyləncə zamanı faciə: 40-a yaxın tələbə xəsarət alıb
ABŞ-ın Konnektikut ştatında yerləşən Triniti kollecinin universitet şəhərciyi yaxınlığında evdə keçirilən əyləncə gecəsi zamanı mansardanın uçması nəticəsində 40-a yaxın tələbə xəsarət alıb.
1news.az “Report” xəbər verir ki, mansarda üç mərtəbə hündürlüyündə olub.
Mansarda aşağı - ikinci mərtəbənin eyvanı üzərinə, oradan isə onunla birgə yerə düşüb.
Polisin məlumatına görə, xəsarət alanların əksəriyyətinin zədəsi cüzidir və onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Eyvanı uçan ev Triniti kollecinin himayəçilərinə məxsusdur və 91 il öncə inşa olunub.
1news.az
628