Millimiz dünya çempionatında ilk oyununu keçirəcək
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirəcək.
1news.az-ın məlumatına görə, millimiz bu gün yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 13-də, saat 03.00-da) Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Mərakeş yığması ilə qarşılaşacaq.
Qarşılaşmanı Jose Katemo (Anqola) idarə edəcək. İkinci hakim portuqaliyalı Eduardo Fernandes, üçüncü hakim isə Türkiyni təmsil edən Kamil Çetin olacaq.
Qeyd edək ki, görüş İctimai televiziya kanalında canlı yayımlanacaq.
1news.az
747