Kamran Ağayev rəsmən Portuqaliya klubunda
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev karyerasını Portuqaliyada davam etdirəcək.
1news.az xəbər verir ki, 30 yaşlı futbolçu Portuqaliya təmsilçisi “Boavişta” ilə mövsümün sonunadək anlaşıb.
Artıq klub bu barədə rəsmi məlumat da yayıb. O, “Boavişta”ya azad agent statusu ilə keçib. Çünki futbolçunun “Sumqayıt”la müqaviləsində onun xarici klubdan dəvət alacağı halda problemsiz buraxılmasına dair bənd var idi.
Kamran sabahdan etibarən yeni komandası ilə hazırlıqlara başlayacaq Təcrübəli qapıçı artıq “Boavişta”ya keçidi ilə bağlı ilk açıqlamasını da verib. O, klub saytına açıqlamasında bunları söyləyib:
“Portuqaliyada oynayacağım, “Boavişta” kimi klubda oynayacağım üçün çox şadam. Öz oyunumla komandanın azarkeşlərini sevindirəcəyimə söz verirəm”.
Qeyd edək ki, “Boavişta” bu yay Azərbaycan yığmasının digər futbolçusu Emin Mahmudovu da heyətinə qatmışdı.
1news.az