Türkiyə ordusu İraq ərazisinə daxil olaraq antiterror əməliyyatı keçirib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ordusu İraq ərazisinə daxil olaraq antiterror əməliyyatı keçirib

11:46 - 12 / 09 / 2016
Türkiyə ordusu İraq ərazisinə daxil olaraq antiterror əməliyyatı keçirib

Türkiyə ordusu sentyabrın 11-də gecə İraqda antiterror əməliyyatı keçirib.

1news.az-ın APA- ya istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Türkiyə-İraq sərhədində, Şimali İraqdakı Kelaspi dağı ətəklərindən Türkiyənin Şırnak rayonuna sızmağa çalışan 40 PKK terrorçusundan ibarət qrup aşkarlanıb.

Bununla əlaqədar sentyabrın 11-də gecə saat 3:00 radələrində 600 hərbçidən ibarət iki tabor Şırnakdan İraq sərhədini keçərək 4 km irəliləyib.

Antiterror əməliyyatı zamanı 10 terrorçu öldürülüb, bir ədəd iriçaplı pulemyot və xeyli sursat da ələ keçirilib.

Türkiyə hərbçiləri səhər saat 9:00 radələrində Türkiyəyə qayıdıblar.

1news.az

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər