Çingiz Abdullayev bəyan edib ki, Sadıx Sadıxov günahkar deyil. Belə olan halda Bəhram Bağırzadə kimi ittiham edirdi?
Son günlər Azərbaycan futbolunun əsas müzakirə mövzusu “Neftçi”dir.
Hər şey “neftçilərin” Topaz Preymer Liqasının 4-cü mərhələsi çərçivəsində keçirilən “Qəbələ” ilə 0-8 hesabı ilə məğlubiyyətindən sonra başladı.
Əvvəlcə “Neftçi”nin Müşahidə Şurası klubda çiddi islahatlar aparmağı qərara aldı. Növbəti gün isə müəyyən oldu ki, klubun baş məşqçisi Vəli Qasımiv və icraçı direktoru Elnur Məmmədov vəzifələrindən azad edilib.
Bununla yanaşı, üç gündür ki, klubun uğursuz çıxışı və “Qəbələ” ilə məğlubiyyəti ilə bağlı tənqidlər davam edir. İşə klubun əvvəlki futbolçuları – Saşa Stamenkoviç və Flavinyo da qarışıb. Əsasən də serbiyalı qolkiper açıq surətdə hazırki rəhbərliyi ittiham edib və onların istefa verməsinə çağırıb.
Stamenkoviç və Flavinyo –komandanın uğurlarına imza atmış klubun sabiq futbolçuları, eləcə də bu barədə fikir söyləməyə haqlı olduqlarını bildiriblər.
Bu gün isə “Neftçi”nin Müşahidə Şurasının üzvləri Mehdi Nəcəfzadə ilə Bəhram Bağırzadə klub azarkeşlərinə birlikdə müraciət edərək kluba qarşı uzun müddətdir ki, irəli sürülən kampaniya ilə bağlı açıq surətdə bəyan ediblər. Onların fikrincə bu kampaniyaya eləcə də “Neftçi”nin yeni rəhbərliyinə qədər olmuş yüksək miqdarda pul almış fan-klubların rəhbərləri və jurnalistlər də cəlb edilib.
“Bir çoxları bu klubun puluna göz dikib yenidən ona əl uzatmağa çalışırlar. Bütün məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq. Biz “Neftçi”ni yüksəldib Çempion edəcəyik!
Biz bu komandanı sizdən az sevmirik amma bu yoldan da dönməyəcəyik. Sadəcə səbr edin və inanın ki, biz doğma “Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın. Biabırçı oyunlar və bu kimi nəticələr təkrarlana bilər. Fikir verin komanda uduzan kimi “Neftçi” üçün “narahat” olan bəzi keçmiş futbolçular hərəkətə keçərək rəhbərliyin istefasını tələb etdilər. Oxşar nümunə dünyanın heç bir yerində yoxdur. Bu sifarişli tələblər və yazılardır”.
Bir çoxları Bağırzadə ilə Nəcəfzadənin müraciətlərini klubun sabiq rəhbəri Sadıx Sadıxovun bostanına atılmış daş kimi qələmə verib. Guya ki, Sadıxov Müşahidə Şurasının üzvlərinin müracitələrində əks olunanları yaradan kimi göstərilib.
Lakin müraciət dərc olunandan sonra “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev öz Facebook səhifəsində aydınlıq gətirib:
“Müşhidə Şurasının üzvlərinin müraciətindən sonra hər şeyi Sadıx Sadıxovun boynuna yıxacaqlar. O, əlindən gələn hər şeyi etdi. Eləcə də o, jurnalistlərin korrupsiyasında, futbolçuların vicdansızlığında və idmandan işbazların mövcudluğunda günahkar deyil. O, “Neftçi” üçün hər şey etdi və ona da mane oldular! Bizimkilərə isə afərin! Yazınların hamısı həqiqətdir”, - deyə Abdullayev yazaraq, Bəhram Bağırzadə ilə Mehdi Nəcəfovun müraciətdində qeyd olunan jurnalistləri pulla almaq, qaranlıq transfer sxemi həyata keçirənlər və digər pozuntulara aydınlıq gətirməyib.
Sonuncu müraciətdən sonra hansı reaksiyaların yaranacağı haqda danışmaq çətindir, lakin aydındır ki, “Neftçi” yenə də böyük dəyişikliklər astanasındadır. Və bu dəyişikliklər bütün komandaya toxunacaq. Ən azından klubun baş məşqçisi Vəli Qasımov öz postunu tərk etdi və bilinmir ki, “İnter”ə qarşı beş gündən sonra keçiriləcək oyunda komandanı kim saat 5-də irəli aparacaq.
Bilinmir ki, komanda hansı tərkibdə oynayacaq. Transfer siyasəti müvəffəqiyyətsiz kimi qiymətləndirildi. Aydındır ki, ilk növbədə bu, legionerlərə aiddir. Lakin az ödəniş almayan yerli gənc oyunçular da inkişafdan qalaraq gözləntiləri doğrultmayacaq.
Onlar arasından ixtisar olacaqmı, ya komanda hər şeyi qış fasiləsinə qədər gözləyəcək? Komandada əsasən hansı islahatlar aparılacaq?
Son günlər “Neftçi”nin Müşahidə Şurası bir sıra müraciətlərlə çıxış etsə də, lakin vəziyyətə aydınlıq gətirən növbəti bəyanatlar hələ də gözlənilir.
Mövzu ilə əlaqədar oxuyun:
“Neftçi” ilə bağlı Bəhram Bağırzadənin sərt bəyanatı
1news.az