AFFA “Rəvan”ın 3 xalını sildi, “Neftçi”ni 800 manat cərimələdi | 1news.az | Xəbərlər
Futbol

AFFA “Rəvan”ın 3 xalını sildi, “Neftçi”ni 800 manat cərimələdi

19:56 - 14 / 09 / 2016
AFFA “Rəvan”ın 3 xalını sildi, “Neftçi”ni 800 manat cərimələdi

FIFA 22.08.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib.

1news.az-ın məlumatına görə, qərarda “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Milos Adamovic arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

1. Azərbaycan birinci divizionunda çıxış edən “Rəvan” FK-nın cari mövsüm aktivindən 3 xal silinsin.

10 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).

11 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Kəpəz” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 57-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

9 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – AZAL matçında ev sahibi “Qarabağ” klubu oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimə olunur (maddə 67).

9 sentybar 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Neftçi” – “Qəbələ” matçının 79-cu dəqiqəsində “Neftçi” klubunun 44 №-li futbolçusu Sənan Əlizadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 80 manat cərimə olunur (maddə 48). Oyunun 57-ci dəqiqəsində “Neftçi” klubunun məşqçisi Vitali Kovalyov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan  kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur(maddə 62).

12 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Kəpəz” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

7 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun I turunun “Rəvan” – “Turan Tovuz”  matçında ev sahibi “Rəvan” klubu oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 80 manat cərimə olunur (maddə 67).

7 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun I turunun “Zaqatala” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

1news.az

 

Paylaş:
712

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər