Türkmənistanda prezident səlahiyyətlərininin müddəti 7 ilədək uzadılıb | 1news.az | Xəbərlər
Dünya

Türkmənistanda prezident səlahiyyətlərininin müddəti 7 ilədək uzadılıb

10:13 - 14 / 09 / 2016
Türkmənistanda prezident səlahiyyətlərininin müddəti 7 ilədək uzadılıb

Bu gün Türkmənistan Məclisinin Ağsaqqallar Şurasının iclasında ölkənin yeni konstitusiyası qəbul edilib.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, qəbul edilmiş konstitusiyaya görə ölkə prezidentinin səlahiyyətlərinin müddəti 5 ildən 7 ilədək uzadılır.

Parlamentin deputatları yekdilliklə bu qərara səs veriblər.

Məclis çərçivəsində prezident Qurbanqulu Berdımuxamedov bu qanunu imzalayaraq onu qüvvəyə mindirib.

1news.az

Paylaş:
886

Son xəbərlər

Bütün xəbərlər