Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açıla bilər
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Ukrayna və Gürcüstana yeni avtobus reysləri açıla bilər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O bildirib ki, yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə - Kiyev, Bakuriani və Borjomi şəhərlərinə beynəlxalq avtobus reyslərinin açılması gözlənilir.
“Hazırda bu barədə danışıqlar aparılır və tezliklə daha ətraflı məlumat veriləcək”- deyə, şöbə rəhbəri qeyd edib.
1news.az
872