Nazir: "Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürülməlidir" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: "Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürülməlidir"

11:59 - 14 / 09 / 2016
Nazir: "Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürülməlidir"

Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.

1news.az –ın APA-ya istinadən verdiyi məlumata əsasən, bunu energetika naziri Natiq Əliyevbildirib.

Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır.

"Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir", - deyə nazir qeyd edib.

1news.az

Paylaş:
873

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər