BMT ali komissarı Ermənistanın müşahidəçilərin Dağlıq Qarabağa girişinə məhdudiyyət qoymasına etiraz edib | 1news.az | Xəbərlər
Siyasət

BMT ali komissarı Ermənistanın müşahidəçilərin Dağlıq Qarabağa girişinə məhdudiyyət qoymasına etiraz edib

11:42 - 15 / 09 / 2016
BMT ali komissarı Ermənistanın müşahidəçilərin Dağlıq Qarabağa girişinə məhdudiyyət qoymasına etiraz edib

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Ermənistanın beynəlxalq müşahidəçilərin Dağlıq Qarabağa səfərinə imkan verməməsinə etiraz edib.

1news.az-ın virtualkarabakh.az-a istinadla verdiyi xəbərə görə, o, BMT-nin insan haqları Şurasının 33-cü iclasında çıxışı zamanı bəzi ölkələrin beynəlxalq müşahidəçilər və hüquq müdafiəçilərinin işinə maneələr törətmək cəhdinə diqqət çəkib.

Z.Əl-Hüseyn bildirib ki, idarə əməkdaşları Krım, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağa daxil ola bilmirlər:

“Məlum olmayan səbəblərdən onların üzünə qapını bağlayırlar. Bu haqlı olaraq şübhə yaradır ki, BMTəməkdaşlardan nə isə gizlədirlər”.

1news.az

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər