SOCAR-AQŞ “Günəşli”də daha bir quyuda qazma işlərinə başlayıb
SOCAR-AQŞ “Günəşli” yatağındakı 11 nömrəli stasionar dəniz özülündən 31 nömrəli quyuda qazma işlərinə başlayıb.
1news.az-a müəssisədən verilən xəbərə görə, 31 saylı quyunun qirməki altı lay dəstəsinə (QAD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 4 min 100 metr təşkil edir. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
SOCAR-AQŞ bu quyunu da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.
1news.az
590