“Yapı Kredi Bank” Azərbaycandakı UEFA Avropa liqasının rəsmi bankı seçildi
Hər zaman ilklərə imza atmağı hədəfləyən “Yapı Kredi Bank Azərbaycan” daha bir ilki Azərbaycan Bankçılıq Sektoruna təqdim edərək dünyanın ən böyük futbol tədbirlərindən biri olan UEFA Avropa liqasının Azərbaycandakı rəsmi bankı seçildi.
“Yapı Kredi Bank Azərbaycan”ın UEFA Avropa Liqasının rəsmi bankı seçilməsi mövzusunda bankın İdarə Heyətinin sədri Cenk Yüksel “Futbol sadəcə bir idman növü deyil, eyni zamanda dostluq, səmimiyyət və birlik göstəricisidir:
“Yapı Kredi Bank Azərbaycan” olaraq UEFA Avropa Liqasının Azərbaycanda rəsmi bankı seçilməyimiz qürürvericidir. Bu mövsümdə Azərbaycandan da iki klubumuz UEFA Avropa Liqasında çıxış edəcəklər. Fürsətdən istifadə edib, klublarımıza uğurlar arzu edirəm. Ümid edirəm ki, liqada iştirak edən bütün klublar fair play çərçivəsində bizlərə zövq alacağımız oyun izlədəcəklər”.
Qeyd edilən müddət ərzində “Yapı Kredi Bank Azərbaycan” müştərilərinin diqqətini futbola yönləndirmək və Azərbaycan klublarına dəstək vermək məqsədilə müxtəlif hədiyyələr təqdim edəcək, müsabiqələr keçirəcək.
“Yapı Kredi Bank Azərbaycan”-ın əsas səhmdarı UniCredit UEFA Çempionlar liqasını və UEFA Avropa liqasını uzun illərdir ki dəstəkləyir. UniCreditin bu sonsorluq haqqlarını Azərbaycanda “Yapı Kredi Bank Azərbaycan” markası istifadə edir.