Elxan Məmmədov: “Neftçi”də Müşahidə Şurası icraçı şurası kimi alındı, məncə, burda balans pozuldu | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov: “Neftçi”də Müşahidə Şurası icraçı şurası kimi alındı, məncə, burda balans pozuldu

12:04 - 16 / 09 / 2016
Elxan Məmmədov: “Neftçi”də Müşahidə Şurası icraçı şurası kimi alındı, məncə, burda balans pozuldu

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “Slovan” oyununu izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var idi. Görüş başa çatdıqdan sonra AFFA rəsmisi futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırdı:

- Birinci Divizionda baş tutan “Səbail” – MOİK oyununa gəlmişdiz, ancaq izləmədiniz. Rəşad müəllimlə (Rəşad Abdullayev, “Səbail”in prezidenti – red.) görüşüb getdiniz...

- Sözün düzü, qalmaq istəyirdim. Çox oyunlarımız var idi. “Qarabağ” oynayırdı, qızların da matçı var idi, ora da çatdırdım özümü, ancaq təəssüf ki, baxa bilmədim. Burada telefon vasitəsilə izlədim.

- “Qarabağ”ın oyunu haqqında nə deyə bilərsiz?

- Təssüflər olsun ki, istədiyimiz nəticə olmadı. “Qarabağ” artıq birinci hissədə bir neçə qol vurmalı idi. Sonra oyun bir az dəyişdi. Bəxtimiz də gətirmədi. Düzdü, 1 xal da başlanğıc üçün yaxşıdı, ancaq qələbə daha yaxşı olardı.

- “Qəbələ” də ilk oyununa çıxır...

- Onlara da uğurlar arzulayırıq. Səfərdə güclü rəqibə qarşı oynayırlar. Bu mərhələ artıq elə bir səviyyədir ki, burada zəif komanda yoxdur. Hər oyuna çox ciddi hazırlaşmaq lazımdı.

- Son dəqiqə qolunu da nəzərə alsaq, sevindiz, yoxsa üzüldüz?

- Birinci hissədə üzülürdük, ancaq son saniyə qolunu vuranda təbii ki, sevindik. Rəşadı orada görəndə ümidlərimiz artdı ki, son dəqiqələrdə də olsa, qol vura bilər.

- “Qarabağ” neçənci dəfədi hakim haqsızlığı ilə üzləşir. Bu gün də hissolunacaq dərəcədə bizim əleyhimizə qərarlar verildi. AFFA rəsmisi olaraq UEFA-ya bununla bağlı hansısa müraciət ünvanlana bilərmi?

- Düşünürəm ki, ən pis hakimlik “İnter”lə oyunda idi. Təmiz qol qeydə alınmamışdı. O epizoddan sonra bugünkü qərarlar elə də çox təsir etmədi. Bilirsiz ki, beynəlxalq arenada hakimliyin müzakirəsi o qədər də populyar deyil.

- Qeyd etdiz ki, ötən illərdə çex hakim “Qarabağ”ın qələbəsini əlindən aldı. Bu il “Viktoriya”ya iki oyunun nəticəsinə görə, məğlub oldu ağdamlılar. İndi “Slovan”ı uda bilmədi. Narahat olmursuz ki, millimiz də Çexiya ilə bir qrupdadı?

- Təbii ki, narahatıq. Çexiya millisi güclü komandadı. Ümumiyyətlə, Çexiya həmişə yaxşı futbolçuların istehsalçısı olub. Baroş, Nedved, Koller, qapıçı Çex və digər oyunçuları olub. Yəni Çexiya futbol ölkəsidir.

- AFFA rəsmisi kimi “Neftçi”də baş verən prosesləri necə dəyərləndirirsiz?

Keçən dəfə də qeyd etdim. Biz AFFA olaraq klubların daxili işlərinə müdaxilə etmirik. Təbii ki, hansısa klub bizdən məsləhət, tövsiyyə istəsə, biz hər zaman qayğısına qalarıq. Hazırkı “Neftçi”də vəziyyət yəqin ki, birbaşa komandaya aid olan məsələdir. Bununla bağlı da klubun Müşahidə Şurası qərar qəbul edib, biz buna şərh vermək istəmirik. Ümumiyyətlə, bu, vacib məqamdı, bunu qeyd edim. Müşahidə Şurası AFFA tərəfindən tövsiyyə olunub, məqsəd də müşahidə etməkdi. İcra işlərinə çox qarışmamalıdır. Buna yaxşı nümunə kimi “Kəpəz”i göstərə bilərik. Müşahidə Şurasında çox tanınmış simalar olsa da, yalnız oyundan-oyuna görüşürlər. 3 aydan bir də qlobal qərar qəbul edirlər, məsələn məşqçi ilə müqavilə və s. “Sumqayıt”da da həmçinin Müşahidə Şurası var. Orda da İcra Hakimiyyətinin nümayəndələri var, Milli Məclisin üzvləri var. “Neftçi”də isə MŞ bir az icraçı şurası kimi alındı, məncə, burda balans pozuldu. AFFA-nın bu tövsiyyəsinin əsas məqsədi bu idi ki, şura müşahidə etsin, şəffalıq yaratsın və qlobal qərarla qəbul etsin.

- “Neftçi”yə təyinatların üçü də AFFA-ya tanış simalardı. Bu barədə sizinlə məsləhətləşmə oldumu?

- Sözün düzü, Orxan Hüseynzadə AFFA-da işləmirdi, ancaq o, futbol ailəsindən çıxmış adamdı. Mən özüm bu qurumda işləməmişdən Orxanı tanıyıram, bilirəm ki, çox aktiv idi. Bəzi klubları o yaratmışdı 2000-ci illərin əvvəllərində. Sonra biz onu dəvət elədik, 2008-ci ildə, 3-4 il bizimlə əməkdaşlıq etdi. Çox müsbət insandı. Peşəkardı. Daha sonra isə özəl sektora keçsə də, UEFA-nın nümayəndəsi kimi futbolda qaldı. İndi isə “Neftçi” özü onunla əlaqə saxlayıb. Ancaq Çingiz müəllim bizə də zəng vurub soruşdu ki, nə deyə bilərsiz. İslam Abbasov isə millidə hazırda da baş inzibatçı kimi çalışır. Onlara kömək lazım oldu, bizdən xahiş etdilər ki, onalara müvəqqəti kömək etsin, biz də razılıq verdik. Elnur Eyvazovu isə tanımıram.

- Sizcə, “Neftçi”nin uğursuzluğunun səbəbi çıxarılan həmin bu üç nəfərdi?

- Onu mən deyə bilmərəm. İşin içində olmadan, nəsə demək çətindi.

Mənbə: www.futbolinfo.az

 

Paylaş:
1773

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər