Gürcüstanda 40-a yaxın azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda 40-a yaxın azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

14:46 - 17 / 09 / 2016
Gürcüstanda 40-a yaxın azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

Oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərində azərbaycanlılar da iştirak edəcəklər.

1news.az “Report”a istinadən xəbər verir ki, artıq 40-a yaxın azərbaycanlının deputatlığa namizədliyi ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınıb.

MSK üzvü Dimitri Cavaxadze “Report”a deyib ki, komissiya seçkilərə hazırlıqla bağlı bütün prosedur qaydaları yerinə yetirib. Artıq partiya siyahısı və majoritar sistem üzrə namizədlərin qeydiyyatı başa çatdırılıb: “Gürcüstan demokratik dövlətdir və bu seçkiləri də azad, şəffaf, ədalətli keçirməkdə israrlıdır. Artıq bütün dairə və məntəqə seçki komissiyaları tam, öz qaydasında işləyirlər. Oktyabrın 8-də bütün vətəndaşlarımız öz namizədlərinə səs verə biləcəklər”.

Onun sözlərinə görə, bu seçkilərdə milli azlıqların nümayəndələri də sərbəst iştirak edəcəklər. Onlar üçün heç bir məhdudiyyət qoyulmayıb: “Yaşı 21-dən çox olan hər bir Gürcüstan vətəndaşı qanunla nəzərdə tutulmuş qaydada parlament seçkilərində, 35-dən yuxarı olanlar isə prezident seçkilərində iştirak edə bilərlər. Bələdiyyə seçkilərində isə hətta 18 yaşdan yuxarı olanlar da iştirak edə bilərlər. Bu gün Gürcüstanın inkişafında xüsusi yeri və rolu olan azərbaycanlılar da deputat mandatı uğrunda mübarizəyə qoşulublar. Artıq 40-a yaxın azərbaycanlının həm proporsional, həm də majoritar sistemdə namizədliyi qeydiyyata alınıb”.

D.Cavaxadze bildirib ki, seçkilərdə 24 siyasi subyekt iştirak edir və onlardan da 12-də azərbaycanlılar var: "Təxminən 32 siyasi partiya seçki marafonuna qoşulub. Onların bəziləri birləşərək seçkilərdə blok halında iştirak etmək barədə qərar qəbul ediblər. Hər partiyadan və blokdan isə ən çoxu 200 nəfərin namizədliyi irəli sürülə bilər. Bəzi siyasi partiyalar 200, bəziləri isə 150, 160 və 190 namizədlə seçkilərə gedirlər".

MSK üzvü əlavə edib ki, seçkilərə hazırlığı və səsvermənin gedişini iki minə yaxın beynəlxalq, bir o qədər də yerli müşahidəçi izləyəcək: "Gürcüstan MSK-sı səsvermənin gedişini izləmək üçün Azərbaycandan da müşahidəçilər dəvət edib”.

Qeyd edək ki, hazırda Gürcüstanda 73 dairə, 3 636 məntəqə seçki komissiyaları yaradılıb. Seçki məntəqələrindən 207-si birbaşa azərbaycanlılar yaşayan ərazilərdə, bir neçəsi isə azərbaycanlıların gürcü və digər millətlərin nümayəndələri ilə birgə yaşadıqları ərazilərdə yaradılıb.

1news.az

Paylaş:
924

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər