“Qarabağ” əcnəbi futbolçu ilə müqaviləyə xitam verdi | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” əcnəbi futbolçu ilə müqaviləyə xitam verdi

15:49 - 18 / 09 / 2016
“Qarabağ” əcnəbi futbolçu ilə müqaviləyə xitam verdi

"Qarabağ" əcnəbi futbolçularından biri ilə yollarını qəfil ayırıb. Əl Jadeyui Əl Hərbi daha Ağdam klubunun formasını geyməyəcək.

1news.az xəbər verir ki, bu barədə futbolinfo.az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov özü məlumat verib.

O, mərakeşli futbolçu ilə müqaviləni qarşılıqlı razılıq yolu ilə pozduqlarını deyib.

Cinah yarımmüdafiəçisi son vaxtlar o qədər də şans qazanmırdı. Xüsusilə avrokubok matçlarında o, ehtiyat oyunçular skamyasında əyləşirdi. Belə durum onu da bezdirib və futbolçu yayda atmadığı addımı qışa da saxlamayıb.

Qurbanovun dediyinə görə, müqaviləni pozmaq istəyi futbolçudan gəlib:

“Əl Hərbi özü də az oynamasına görə narahat idi. Sonda müraciət edərək getmək istədiyini bildirdi. Düzü, oyunların sız qrafikini nəzərə alsaq, onun qalmasında maraqlı idim, qarşıda bizə kömək edə bilərdi. Lakin görünür, az oynaması belə qərar verməsinə səbəb oldu. İndiki dönəmdə gedişi onun özünə də pis olacaq, "transfer pəncərəsi" bağlanıb, qışa kimi klub tapmaq da asan deyil. Bununla belə, futbolçunun qərarına hörmət edirik. Ümid edirəm, hər şey onun üçün yaxşı olacaq və mən də Əl Hərbiyə uğur arzu edirəm”.

Futbolçunun "Qarabağ"dan ayrılmasının bu gün rəsmən elan olunacağı gözlənilir.

1news.az

Paylaş:
692

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər