“Günəşli” yatağındakı 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
1news.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2846-2813 metr intervaldan sutkalıq 110 ton neft və 14000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
1news.az
506