Federal Ehtiyatlar Sisteminin iki günlük iclası başlayır
Sentyabrın 20-də ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FES) dünya bazarına ciddi təsir göstərə biləcək iki günlük iclası başlayır.
Ekspertlər Amerika tənzimləyicisinin bu dəfə faiz dərəcələrini artıracağını gözləmirlər. Lakin ABŞ-ın pul siyasətinin sonrakı perspektivini və dekabrda dərəcələrin artması ehtimalını qiymətləndirmək üçün FES rəhbərliyinin bəyanatları diqqətlə izlənəcək.
Analitiklərin əksəriyyəti FES nümayəndələrinin bu həftə son onillik ərzində istehsalın, məhsuldarlığın və inflyasiyanın zəif artım tempi fonunda uzunvədəli artımın trayektoriyası barədə proqnozları pisləşdirəcəyini gözləyir. FES rəhbərliyi əvvəlki kimi aşağı faiz dərəcəsinin iqtisadi artıma dəstək üçün effektiv təsir göstərdiyini düşünür.
Euronews