Gənc futbolçu karyerasını başa vurdu
İngiltərənin “Şeffild Uensdey” klubunun fransız futbolçusu Jeremi Helan dinlə məşğul olmaq üçün karyerasını başa vurub.
1news.az “Report”a istinadən xəbər verir ki, Fransanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq yarımmüdafiəçisi bu qərarı 24 yaşında qəbul edib.
Müsəlman futbolçu Səudiyyə Ərəbistanına yollanaraq, ibadətlə məşğul olmaq niyyətindədir.
Qeyd edək ki, Jeremi Helan 2009-cu ildə “Renn” akademiyasından "Mançester Siti" akademiyasına keçib və o vaxtdan icarə əsasında “Karlayl Yunayted”, “Şrusberi” və “Vulverhempton” kimi klublarda da forma geyinib.
1news.az
740