Unibank Mobile MDB məkanında ən mükəmməl mobil əlavələrdən biridir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank Mobile MDB məkanında ən mükəmməl mobil əlavələrdən biridir

11:37 - 20 / 09 / 2016
Unibank Mobile MDB məkanında ən mükəmməl mobil əlavələrdən biridir

Bu haqda “Deloitte & Touche LLC” şirkətinin araşdırması zamanı məlum olub. “Deloitte & Touche LLC” şirkəti 2016-cı il üçün MDB banklarının mobil əlavələrinin araşdırılması ilə bağlı nəticəni açıqlayıb. 

Araşdırmanın nəticəsində Azərbaycan bank sektorunda öz çoximkanlı və unikal xidmətləri ilə seçilən Unibank Mobile MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. Deloitte şirkətinin bir sıra MDB ölkələrində yerləşən ofislərində aparılan  yerli mobil əlavələrinin ekspes analizi nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidmətinin, məhz Unibank-ın mobil banking sistemi olduğu qərarına gəlinib.

Funksionallıq baxımından Unibank Mobile Rusiyanın ilk 5-liyində gedən mobil banking sistemləri ilə eyni səviyyədə qiymətləndirilib. Deloitte ekspertləri hesab edir ki, Unibank Mobile-ın interfeysi, funksionallığı və naviqasiyası, Rusiyanın ən yaxşı mobil banking xidmətinə malik “Tinkoff Bank”la oxşardır. Hətta müştərilərinə verdiyi xidmət imkanlarına görə “Tinkoff Bank”dan üstünlukləri də var. Məsələn, tətbiq olunmuş sənədlərin əslini təqdim etmədən hesab açarkən müştərinin müəyyənləşdirilməsi (identifikasiya) imkanı Unibank-ın mükəmməl bir mobil əlavəyə malik olmasının göstəricisidir. Bu imkan Rusiya bazarında hələ tətbiq olunmayıb. 

Deloitte-nin araşdırmasında vurğulanır ki, Unibank Mobile Azərbaycanın mobil banking xidmətində imkanlarına və müştərilərin istifadəsinə görə lider mövqedədir. Üstülüklər sırasında bankın filial və bankomatlarının marşrutunun göstərilməsi, tranzaksiyaların statuslarına baxmaq imkanı, xüsusi təkliflərin bildirişi üçün geolokasiyalardan istifadə, aylıq ödənişlərin avtomatik həyata keçirilməsi üçün şablonunun yaradılması və digər imkanlar vurğulanır.

Araşdırmada Unibank Mobile-a qoşulmanın bir neçə üsulunun olması, ödənişlərdə çox variantlılıq, bir çox məhsulların, xidmətlərin banka getmədən sifarişi, istifadəsi üçün müştəriyə seçim imkanlarının yaradılması və digər imkanlar bu mobil əlavənin bazardakı digər banking xidmətlərindən üstünlüyü kimi qeyd olunur.

Qeyd edək ki, Unibank ilk mərhələdə müştəri bazasının 25-30 faizinin mobil banking xidmətindən faydalanmasında maraqlıdır. Hədəf  Unibank müştərisinin banka gəlmədən, bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasıdır. Qoşulması çox asan olan Unibank Mobile bankın müştərisinə təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Unibank - hər kəsin bankı!

 

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

 

Paylaş:
849

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər