Bu gündən SOCAR istiqrazları satışdadır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu gündən SOCAR istiqrazları satışdadır

12:15 - 20 / 09 / 2016
Bu gündən SOCAR istiqrazları satışdadır

SOCAR istiqrazları sentyabrın 20-dən satışdadır.

1news.az-ın verdiyi xəbərə görə, SOCAR istiqrazlarının satışı 10 oktyabradək davam edəcək.

Bir istiqrazın dəyəri 1000 (min) ABŞ dollarıdır. İstiqrazlar 5 il müddətlidir və illik 5 faiz gəlir gətirəcək. Ümumilikdə 100 min ədəd istiqraz buraxılıb. İstiqrazların ümumi dəyəri 100 milyon ABŞ dollarıdır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Qeyd edək ki, istiqrazları 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən, banklardan (“Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Rabitəbank”dan, “Xalq Bank”dan), investisiya şirkətlərindən (“AzFinance Invest”, “İnvestAz”, “Paşa Kapital, PSG – Kapital”) əldə etmək olar.

Mövzu ilə əlaqədar oxuyun:       

SOCAR-dan yeni investisiya imkanı

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

1news.az

Paylaş:
1345

Son xəbərlər

Bütün xəbərlər