DGK: “Sınıq körpü”dəki nisbi sıxlıqlar tamamilə aradan qaldırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

DGK: “Sınıq körpü”dəki nisbi sıxlıqlar tamamilə aradan qaldırılıb

21:03 - 21 / 09 / 2016
DGK: “Sınıq körpü”dəki nisbi sıxlıqlar tamamilə aradan qaldırılıb

Son dövrlər Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda müşahidə olunmuş nisbi sıxlıqlar tamamilə aradan qaldırılıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına əsasən, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Nazirlər Kabinetinin 8 iyul 2016-ci il tarixli 267 nömrəli qərarı ilə edilmiş dəyişikliklərin tətbiqi ölkənin bütün gömrük-keçid məntəqələrinin, o cümlədən “Sınıq körpü” gömrük postunun iş rejiminə müsbət təsir göstərib.

Belə ki, dəyişikliklərin tətbiqinə qədər xaricə səyahət edən vətəndaşların güzəştli qaydalarla ölkəyə gətirdiyi malların miqdarına müəyyən məhdudiyyətlər qoyulsa da, vaxt baxımından qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmayıb. Nəticədə son illər fiziki şəxslərin, xüsusilə sərhədyanı ərazilərdə yaşayan əhalinin gün ərzində bir neçə dəfə qonşu ölkələrə gedərək  gömrük ərazisinə gətirdikləri malların Azərbaycanın gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhdlər göstərilir, bu da öz növbəsində həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınmaya, həmçinin qeyd olunan malların qaçaqmalçılığı hallarını artmasına, gömrük-keçid məntəqələrində sıxlıqların yaranmasına səbəb olub.

Belə ki, xüsusilə sərhəd rayonlarda yaşayan sakinlərin bir qisminin bəzən gün ərzində 2-3 dəfə qonşu ölkələrə səyahət etdiyi,  hər dəfə geri dönüşdə isə özləri ilə siqaret, alkoqollu içkilər və ərzaq məhsulları gətirdiyi müşahidə olunub.

Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda edilən dəyişikliklərə əsasən hər bir vətəndaşın bu güzəştlərdən təqvim ayı ərzində yalnız bir dəfə yararlanacağının qeyd olunması həm dövlət büdcəsinə daxilolmaların miqdarının artmasına, qaçaqmalçılıq hallarının azalmasına və gömrük məntəqələrindən rahat keçidin təmin olunmasına münbit şərait yaradıb.

Qeyd edək ki, belə halların mütəmadi yaşandığı Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda bəzən bu kimi qanun pozuntularına cəhdlər olsa da gömrük orqanları tərəfindən bu cəhdlərin qarşısı alınır və heç bir sıxlıq müşahidə olunmur, nəqliyyat vasitələrinin, sərnişinlərin rahat keçidi tam təmin edilir.

1news.az

 

Paylaş:
517

Son xəbərlər

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11
Bütün xəbərlər