“Çilov” yatağında yeni neft quyusu qazılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Çilov” yatağında yeni neft quyusu qazılır

18:17 - 22 / 09 / 2016
“Çilov” yatağında yeni neft quyusu qazılır

“Çilov” yatağındakı 112 saylı özüldən 116 nömrəli quyuda qazma işlərinə başlanılıb.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək. 

Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

1news.az

Paylaş:
867

Son xəbərlər

Bütün xəbərlər