Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib | 1news.az | Xəbərlər
İdman

Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib

15:40 - 25 / 09 / 2016
Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə yüksələn ilk 2 komandanın adı müəyyənləşib.

1news.az “Report”a istinadən xəbər verir ki, bunlar İran və Rusiya yığmalarıdır.

Turnirin 1/4 finalında İran Paraqvayı əlavə vaxtda vurduğu qol ilə məğlub edib - 4:3. Rusiya isə İspaniyadan üstün olub - 6:2. Beləliklə, sentyabrın 28-də gecə saat 04:00-da başlanacaq ilk yarımfinal görüşündə İran Rusiya ilə üz-üzə gələcək.

Daha iki yarımfinalçı bu gecə müəyyənləşəcək. Saat 00:30-da Argentina Misirlə, saat 03:00-da Azərbaycan Portuqaliya ilə üz-üzə gələcək.

1news.az

Paylaş:
779

Son xəbərlər

Bütün xəbərlər