Yaponiya qırıcılarını Çin hərbi təyyarələrinə qarşı qaldırıb
Yaponiya, bazar günü səkkiz Çin hərbi təyyarəsinin iki yapon adasının arasından uçduğu üçün öz qırıcılarını havaya qaldırdığını bildirib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, bombardımançı, nəzarət və bir qırıcı ehtimal olunan Çin hərbi təyyarələri Okinava və Miyakojima adaları arasında yerləşən Miyako Boğazı boyunca uçub.
Çin deyir ki, manevrdə təxminən 40 təyyarə iştirak edib.
Təyyarələr Yaponiya hava məkanına keçməsələr də, bu hadisə Çinin öz gücünü nümayişi etməsi kimi dəyərləndirilir.
Hadisə, Yaponiyanın Cənubi Çin dənizində ABŞ donanması ilə birgə hərbi təlim manevrlərində iştirak edəcəyi xəbərindən bir həftə sonra baş verib.
Yaponiya hökumətinin baş sözçüsü Çinin hərbi hərəktələrini diqqətlə izləyəcəklərini deyib.
"Tokyo nəzarət üçün hər bir səyi göstərəck və beynəlxalq hüquq və özünümüdafiə qüvvələri qanunu əsasında hava məkanımıza müdaxiləyə qarşı hər bir addımı ciddi şəkildə icra etməyə davam edəcək", Yoşihide Suga deyib.
Miyako Boğazı 250km genişliyində Okinavadan cənubda yerləşən strateji bir ərazidir.
Bu bölgə, Şərqi Çin dənizində yerləşən və həm Çin həm də Yaponiya tərəfindən iddia olan bir qrup adaya yaxındır.
Adaları kontrol edən Yaponiya onları Senkaku adlandırır. Çin isə adaları Diaoyu adaları adlandırır.
1news.az