ABŞ-da ticarət mərkəzinin yaxınlığında atışma baş verib, yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da ticarət mərkəzinin yaxınlığında atışma baş verib, yaralananlar var

22:59 - 26 / 09 / 2016
ABŞ-da  ticarət mərkəzinin yaxınlığında atışma baş verib, yaralananlar var

Bu gün səhər saatlarında ABŞ-ın Hyuston şəhərindəki (Texas ştatı) ticarət mərkəzlərindən birinin yerləşdiyi rayonda silahlı insident baş verib. Qaradərili şəxs yaxınlıqdan keçən avtomobillərə atəş açıb. Xəsarət alanlar var.

Bu barədə NBC telekanalının yerli bölməsi məlumat yayıb. Kanalın bildirdiyinə görə, güllə yarası alan bir neçə şəxs xəstəxanaya çatdırılıb. Xəsarət alanların dəqiq sayı və yaralananların vəziyyəti barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. ABC telekanalı atəş açan şəxsin zərərsizləşdirildiyi xəbərini yayıb.

TASS

Paylaş:
679

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər