Neft yenidən bahalaşmağa başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən bahalaşmağa başlayıb

11:29 - 26 / 09 / 2016
Neft yenidən bahalaşmağa başlayıb

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar bahalaşaraq 44,92 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar artaraq 46,82 dollar olub.

WTI markalı neftin bir barrelə görə qiyməti isə 44,81 dollara çatıb.

Ekspertlərin sözlərinə görə, neftin qiymətinin artmasına səbəb neft istehsal edən ölkələrin neft hasilatını azaltmaqla bağlı qərarı olub.

Belə ki, Əlcəzairin energetika naziri Nurəddin Buterfa bəyan edib ki, Səudiyyə Ərəbistanı OPEK ölkələrinə neft hasilatını azaltmağı təklif edib. Bu təklif OPEK ölkələrinin bu gün Əlcəzairdə başlayacaq görüşündə müzakirə olunacaq.

1news.az

 

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər