“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

19:37 - 27 / 09 / 2016
“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun bazasında “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə (TK 19) yaradılıb.

1news.az-ın məlumatına görə, TK 19-un fəaliyyəti beynəlxalq standartlaşdırma orqanı olan İSO/TK 22 “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyəti ilə uyğunlaşdırılıb.

“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd nəqliyyat sahəsində təhlükəsizlik, yol infrastrukturu, nəqliyyatın intelektual idarə edilməsi, nəqliyyat vasitələri, avtomobillər, qoşqular, yarımqoşqular, ehtiyyat hissələri, avtomobillər üçün gövdələr, nəqliyyat vasitələrinin hissələri və detalları və sair fəaliyyət istiqamətləri üzrə milli standartların hazırlanması, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitəsinə sədrliyi “Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək. TK-nın strukturuna Nəqliyyat, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, “Azəravtoyol” ASC, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC, Azərbaycan Texniki Universiteti, “NAZ LİFAN” Naxçıvan Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu və s. təşkilatlar daxil edilib.

Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

1news.az

 

Paylaş:
1048

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər